Modern.az

Cüdoçularımız Qazaxıstanda 4 medal qazandı

Cüdoçularımız Qazaxıstanda 4 medal qazandı

8 Oktyabr 2023, 23:42

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

 

Azərbaycan Cüdo Federasiyasından Modern.az-a verilən məlumata görə, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub.

 

Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunub. Turnirinin ilk günündə cüdoçularımız 1 gümüş medal, yarışın ikinci günündə isə 3 medal qazanıblar.

 

-81 kq. çəkidə İmamverdi Məhərrəmov yarışın gümüş medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məmmədrza Hacızadə 7-ci yerdə qərarlaşıb.

 

-100 kq. çəkidə Ruslan Nəsirli bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.

 

+100 kq. çəki dərəcəsində İmran Yusifov bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə həmyerlisi Camal Feyziyevi məğlub edib. Nəticədə Camal Feyziyev yarışı 5-ci yerdə tamamlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi