Modern.az

Estoniya – Azərbaycan oyununun hakimləri açıqlandı

Estoniya – Azərbaycan oyununun hakimləri açıqlandı

İdman

10 Oktyabr 2023, 12:26

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, UEFA Tallində baş tutacaq qarşılaşmanı Almaniyadan olan hakimlər briqadasına həvalə edib.

 

Matçı Robert Şröder idarə edəcək. Ona Kristian Gittelmann və Robert Vessel kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Florian Badstübner yerinə yetirəcək.

 

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Estoniya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi