Modern.az

Millimiz Qazaxıstanla qarşılaşacaq

Millimiz Qazaxıstanla qarşılaşacaq

11 Oktyabr 2023, 09:20

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, A qrupunda yer alan yığma IV turda Qazaxıstanla qarşılaşacaq.

 

Beş gün əvvəl Bakıda rəqibinə məğlub olan (2:4) Vitali Borisovun yetirmələri bu dəfə səfər matçına çıxacaqlar. Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.

 

Hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi