Modern.az

Dünya reytinqində “Qarabağ” irəlilədi, “Neftçi” gerilədi

Dünya reytinqində “Qarabağ” irəlilədi, “Neftçi” gerilədi

11 Oktyabr 2023, 11:24

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) oktyabr ayı üçün klubların dünya reytinqini açıqlayıb.

 

Modern.az xəbər verir ki, 414 klubun yer aldığı siyahıya “Qarabağ”, “Sabah” və “Neftçi” komandaları da düşüb.

 

Ağdam təmsilçisi 144,5 xalla 64-cü pillədən 61-ci sıraya yüksəlib. “Sabah” 63,5 xalla 286-cı pillədən 302-ci, “Neftçi” isə 61,75 xalla 311-ci sıradan 318-ci yerə geriləyib.

 

Qeyd edək ki, siyahıya İngiltərənin “Mançester Siti” (304 xal) klubu başçılıq edir. İspaniyanın “Real Madrid”i 291 xalla ikinci, İtaliyanın “İnter” komandası isə 254 xalla üçüncü pillədə qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi