Modern.az

Millimizin heyətində dəyişiklik edildi

Millimizin heyətində dəyişiklik edildi

11 Oktyabr 2023, 11:44

Oktyabrın 14-də və 16-da Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

 

Modern.az AFFA-nın saytına istinadən məlumat verir ki, qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək U-19-un heyətindən Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev ("Qarabağ") və Əsəd Əsədov (“Turan Tovuz”) çıxarılıblar.

 

Onların əvəzinə Əkbər Eyubov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulublar.

 

Qeyd edək ki, Bakı toplanışından sonra Özbəkistana gedəcək yekun heyət müəyyənləşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi