Modern.az

Türkiyə millisi Xorvatiyaya qalib gəldi 

Türkiyə millisi Xorvatiyaya qalib gəldi 

13 Oktyabr 2023, 01:00

Türkiyə millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, D qrupunda mübarizə aparan "ay-ulduzlular" səfərdə Xorvatiya yığması ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Barış Alper Yılmaz vurub.

 

Bu nəticədən sonra xallarını 13-ə çatdıran Türkiyə millisi liderliyə yüksəlib. 10 xalı olan Xorvatiya isə 2-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, qrupun digər oyununda Latviya seçməsi doğma meydanda Ermənistana 2 cavabsız qolla qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi