Azərbaycanın futbol millisi “Avro-2024”ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, komandamız F qrupundakı beşinci matçında Estoniya millisinin qonağı olub.
Tallində yerləşən “Le Kok Arena”da baş tutan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə ediblər.
Görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 9-cu dəqiqədə Toral Bayramov açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 4-də yüksəldən Azərbaycan yığması dördüncü pillədə qərarlaşıb. Bir xalı olan Estoniya millisi isə sonuncudur.
Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.