Avropa Çempionatının (AVRO-2024) seçmə mərhələsinin D qrupunda Türkiyə-Latviya matçı keçirilib.
Modern.az xəbər verir ki, Türkiyə millisi rəqibini 4:0 hesabı ilə məğlub edib və Almaniyada keçiriləcək AVRO-2024-ə vəsiqə qazanıb.
Qələbə qollarını Yunus Akgün, Cenk Tosun və Kerem Aktürkoğlu vurub.
Bundan başqa İspaniya səfərdə Norveçi məğlub etməklə həm özünün, həm də Şotlandiyanın AVRO-2024-də iştirakını rəsmiləşdirib.