Modern.az

Komandamız 7 ölkə arasında III oldu - FOTO

Komandamız 7 ölkə arasında III oldu - FOTO

16 Oktyabr 2023, 18:56

Azərbaycan Yelkən Federasiyasının Optimist sinifi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova yarışlarda uğurlu nəticə göstərdiyi üçün komanda III yerə layiq görülüb.

 

Qeyd edək ki, Azərbaycan Yelkən Federasiyasını Optimist sinifi komandası üzvləri Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə, Furkan Mustafayev və məşqçi Yasin Çakır təmsil edib.

 

Yarışlarda uğur qazanan komandamızı təbrik edir, Azərbaycan bayrağını hər zaman zirvələrdə dalğalandırmaları arzu edirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi