Modern.az

İdmançılarımız Avropa Çempionatının FİNALINDA

İdmançılarımız Avropa Çempionatının FİNALINDA

18 Oktyabr 2023, 18:36

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) Avropa çempionatında finala yüksəlib.

 

Azərbaycan Gimnastika Federasiyasından Modern.az-a verilən məlumata görə, komanda temp hərəkətləri proqramında həlledici mərhələyə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci qitə çempionatı oktyabrın 22-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi