Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun ilk oyununda "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.
Modern.az xəbər verir ki, Tovuz şəhər stadionundakı qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb.
"Qarabağ"ən heyətində Olavio Juninyo 7-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərində 46-cı dəqiqədə Otto Con fərqlənib. 89-cu dəqiqədə Leandro Andrade komandasını yenidən hesabda önə keçirsə də, 90+4-cü dəqiqədə Ayxan Quseynov növbəti dəfə tarazlığı bərpa edib
Bu nəticədən sonra "Qarabağ" xallarının sayını 20-yə, "Turan Tovuz" isə 12-yə çatdırıb.