Modern.az

\"Neftçi\"dən inamlı qələbə 

\

20 Oktyabr 2023, 23:39

Futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start verilib.

 

Modern.az xəbər verir ki, X turun ilk oyun günündə “Səbail” “ASCO Arena”da “Neftçi”ni qəbul edib.

 

Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

İlk qolu 2-ci dəqiqədə meydan sahiblərindən David Qomis vurub. 12-ci dəqiqədə “ağ-qaralar” Azər Əliyevin vurduğu qolla hesabı bərabərləşdirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Ataa Caber ikinci topu “dənizçilər”in qapısından keçirib. 79-cu dəqiqədə “Səbail”in hücumçusu Aleksandr Romalinqom yenidən tarazlığı bərpa edib. 87-ci dəqiqədə Yuri Matias “Neftçi”ni növbəti dəfə hesabda önə çıxarıb. Oyunda son nöqtəni isə 90+4-cü dəqiqədə Rəhman Hacıyev qoyub.

 

Bu qələbə ilə xallarını 15-ə çatdıran “Neftçi” dördüncü pilləyə yüksəlib. 17 xalı olan “dənizçilər” isə 3-cü pillədə yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi