Modern.az

ABŞ Qran-Prisinin qalibi müəyyənləşdi

ABŞ Qran-Prisinin qalibi müəyyənləşdi

21 Oktyabr 2023, 19:44

“Formula-1” üzrə ABŞ Qran-Prisində sıralama turunun qalibi bəlli olub.

 

Modern.az xəbər verir ki, Texas ştatının Ostin şəhərindəki “Trass Amerik” avtodromunda keçirilən yarışda “Ferrari” pilotu Şarl Lekler finişə hamıdan tez çatıb.

 

İkinci yeri “Maklaren”in britaniyalı pilotu Lando Norris tutub. Üçüncü yerdə isə onun “Mercedes”dəki həmyerlisi Lüis Hemilton qərarlaşıb. “Red Bull”un şərəfini qoruyan Maks Ferstappen finişə altıncı çatıb.

 

Ostində keçirilən mərhələdə mövsümün beşinci sprint yarışı olacaq. Bunun üçün sıralama turu bu gün baş tutacaq. Oktyabrın 22-də isə sprint və əsas yarış keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi