Modern.az

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

22 Oktyabr 2023, 09:58

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

 

"Modern.az"ın məlumatına görə, son matçda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edəcək.

 

Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:30-da start götürəcək. "Qırmızı-qaralar" 7 xalla 9-cu, Naxçıvan təmsilçisi 14 xalla 5-ci pillədə qərarlaşıb.

 

16:30. "Qəbələ”– “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Səbail"i (4:2), "Sabah" "Sumqayıt"ı (3:1) məğlub edib. "Turan Tovuz" - "Qarabağ" (2:2), "Kəpəz" - "Zirə" (0:0) görüşlərində qalib müəyyənləşməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi