Modern.az

\"Qalatasaray\"ın hücumçusu Mauro İkardi zədələndi

\

22 Oktyabr 2023, 15:47

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi zədələnib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu "Beşiktaş"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın IX tur oyununda sıradan çıxıb.

 

Argentinalı forvard ayaq biləyindən zədə alıb.

 

"Sarı-qırmızılar" onun müalicəsinə başlanıldığını bildirib.

 

Qeyd edək ki, "Qalatasaray" oktyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi