Modern.az

Zubir bu ölkələrdən təklif aldı

Zubir bu ölkələrdən təklif aldı

İdman

25 Oktyabr 2023, 09:36

"Qarabağ"ın futbolçusu Abdullah Zubir iki klubun diqqət mərkəzindədir.

 

Modern.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, adı hələlik açıqlanmayan Fransa Liqa 1 təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

 

Səudiyyə Ərəbistanın da "Əl-Riyad" klubu Zubiri transfer etmək istəyir.

 

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən "köhlən atlar"ın şərəfini qoruyur. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Peşəkar karyerasına Fransanın "Qrenobl" klubunda başlayan futbolçu bu ölkədə "İstr" və "Lans" kimi komandaların da formasını geyinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi