Modern.az

Çempionlar Liqasının bugünkü oyunları - “Barselona” “Şaxtyor”a qarşı...

Çempionlar Liqasının bugünkü oyunları - “Barselona” “Şaxtyor”a qarşı...

25 Oktyabr 2023, 10:44

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupunun matçları keçiriləcək.

 

E qrupunda “Feyenoord” Niderlandda İtaliyanın “Latsio” klubunu, “Seltik” isə Şotlandiyada İspaniyanın “Atletiko” komandasının qəbul edəcək.

 

F qrupunda İtaliya “Milan”ı Fransada PSJ-nin, Almaniyanın “Borussiya” (Dortmund) kollektivi isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq.

 

G qrupunda “Leyptsiq” Almaniyada Serbiyanın “Srvena Zvezda” klubu ilə, “Yanq Boyz” İsveçrədə turnirin son qalibi olan İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşacaq.

 

H qrupunda isə Ukraynanın “Şaxtyor” (Donetsk) kollektivi İspaniyada “Barselona” ilə, Portuqaliya “Portu”su isə Belçikada “Antverpen” ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

25 oktyabr

 

E qrupu

20:45. “Feyenoord” (Niderland) - “Latsio” (İtaliya)

23:00. “Seltik” (Şotlandiya) - “Atletiko” (İspaniya)

Xal durumu: "Atletiko"- 4, "Latsio" - 4, “Feyenoord” - 3, “Seltik” - 0.

 

F qrupu

23:00. PSJ (Fransa) - “Milan” (İtaliya)

23:00. “Nyukasl” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: "Nyukasl" - 4, PSJ - 3, “Milan” - 2, “Borussiya” - 1.

 

G qrupu

23:00. “Leyptsiq” (Almaniya) - “Srvena Zvezda” (Serbiya)

23:00. “Yanq Boyz” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

Xal durumu: "Mançester Siti" - 6, “Leyptsiq” - 3, “Srvena Zvezda” - 1, “Yanq Boyz” - 1.

 

H qrupu

20:45. “Barselona” (İspaniya) - “Şaxtyor” (Donetsk, Ukrayna)

23:00. “Antverpen” (Belçika) - “Portu” (Portuqaliya)

Xal durumu: "Barselona" - 6, "Portu" - 3, “Şaxtyor” - 3, “Antverpen” - 0.

Qeyd edək ki, bu turun ilk səkkiz oyunu oktyabrın 24-də keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi