Modern.az

Millimiz Monteneqro ilə qarşılaşacaq

Millimiz Monteneqro ilə qarşılaşacaq

31 Oktyabr 2023, 09:28

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

 

Modern.az-ın məlumatına görə, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri əsas rəqibləri Monteneqro ilə “Dalğa Arena”da qarşılaşacaqlar.

 

Ukraynalı hakim Anastasiya Romanyukun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Yığmamız IV turun matçı ərəfəsində 7 xalla qrupda liderlik edir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.

 

Qeyd edək ki, millimiz Monteneqronu səfərdə 1:0 hesabı ilə məğlub edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi