Modern.az

Hakim penaltini verməyə bilərdi - Qurbanov

Hakim penaltini verməyə bilərdi - Qurbanov

10 Noyabr 2023, 00:32

“Hakim penaltini verməyə bilərdi”.

 

Modern.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov CBC telekanalına açıqlamasında deyib.

 

“Epizod rəqibin qapısında olsaydı, inanmıram ki, penalti verərdilər. Hakimlər komandaların səviyyə fərqini də düşünməlidir, bir az alicənab olmalıdırlar. Deyəcək bir şey yoxdur”, - deyə o bildirib 

 

Qeyd edək ki, Avropa Liqasının IV turunda “Qarabağ” güclü rəqibi Almaniyanın "Bayer 04" ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi