Modern.az

Belçika - Azərbaycan oyununa 30 min bilet satılıb

Belçika - Azərbaycan oyununa 30 min bilet satılıb

İdman

16 Noyabr 2023, 16:08

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununa indiyədək satılan biletlərin sayı bəlli olub.

 

Modern.az xəbər verir ki, qarşılaşma üçün 30 minə yaxın bilet alınıb.

 

Görüşün keçiriləcəyi “King Baudouin Stadium” 50 min azarkeş tutumuna malikdir.

 

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi