Modern.az

Millimiz İsveçi darmadağın etdi 

Millimiz İsveçi darmadağın etdi 

İdman

16 Noyabr 2023, 23:02

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində yeddinci oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Kapitan Emin Mahmudov 3-cü və 89-cu dəqiqələrdə qol vuraraq dubl edib. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.

 

Meydan sahibləri bu oyunda qazandığı qələbədən sonra 7 xalla dördüncü, qonaq komanda isə 7 xalla üçüncü yerdə qalıb.

 

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 19-da “Kral Boduin” stadionunda Belçika kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi