Modern.az

Azərbaycan millisi Latviyanı məğlub etdi

Azərbaycan millisi Latviyanı məğlub etdi

İdman

18 Noyabr 2023, 00:14

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

 

Modern.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda “Dalğa Arena”da Latviya U-21-lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

 

Yeganə qolu 32-ci dəqiqədə Camal Cəfərov vurub.

 

Qeyd edək ki, Samir Əliyevin komandası Avropa çempionatının seçmə mərhələsində noyabrın 21-də Ukrayna ilə qarşılaşacaq. Oyun İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi