Modern.az

Albaniya və Danimarka "Avro-2024"ə vəsiqə qazandı

Albaniya və Danimarka

İdman

18 Noyabr 2023, 08:30

Ötən gecə "Avro-2024”-ün seçmə mərhələsində 9-cu turun növbəti oyunları keçirilib.


Modern.az xəbər verir ki, C, E və H qruplarında keçirilən 7 görüşdə aşağıdakı nəticələr qeydə alınıb.


E qrupunun lideri Albaniya Moldova ilə heç-heçə edib - 1:1 və 14 xalla “Avro-2024”ə vəsiqə qazanıb.

H qrupunda isə Danimarka Sloveniyaya 2:1 hesabı ilə qalib gəlub və “Avro-2024”də iştirak hüququna nail olub.
 

C qrupu


İngiltərə - Malta - 2:0
İtaliya – Şimali Makedoniya - 5:2

Xal: İngiltərə - 19, Ukrayna – 13, İtaliya – 13, Şimali Makedoniya – 7, Malta - 0.


E qrupu


Moldova – Albaniya - 1:1
Polşa – Çexiya - 1:1


Xal: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları - 1.


H qrupu
 

Qazaxıstan - San Marino - 3:1
Finlandiya - Şimali İrlandiya - 4:0
Danimarka – Sloveniya - 2:1

Xal: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino - 0.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi