Modern.az

Azərbaycan millisi səfərdə Belçika ilə QARŞILAŞACAQ

Azərbaycan millisi səfərdə Belçika ilə QARŞILAŞACAQ

İdman

19 Noyabr 2023, 09:59

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektivdə Belçika yığmasının qonağı olacaq.

 

"Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

 

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

 

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika - Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan)
Brüssel. "Kinq Baudouin”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi