Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində F qrupunda mübarizə aparan Azərbaycan millisi səfərdə Belçikanın qonağı olub.
Modern.az bildirir ki, qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.
Millimiz bundan öncəki oyunda doğma azarkeşlər önündə İsveç millisini darmadağın etmişdi: 3-0
***
21:53
Belçika və Azərbaycan komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda ilk hissə başa çatıb.
Modern.az xəbər verir ki, meydan sahibləri fasiləyə 4:0 hesablı üstünlüklə yollanıblar.
***
21:02
Noyabrın 19-da “Avro-2024”ün seçmə mərhələsində keçirilən Belçika-Azərbaycan oyunu start götürüb.
Modern.az xəbər verir ki, Belçikanın heyətində meydana Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku və Romelu Lukaku çıxıblar.
Azərbaycan millisinin start onbirliyində isə Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Anton Krivotsyuk, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Toral Bayramov, Eddi İsrafilov, Aleksey İsayev, Emin Mahmudov, Mahir Emreli və Renat Dadaşov yer alıblar.
Hazırda F qrupunda ikinci pillədə qərarlaşan Belçikanın hesabında 17 xal var. Azərbaycan isə 7 xalla dördüncüdür.