Modern.az

Himnimiz səslənməsəydi, meydandan çıxacaqdıq - AFFA

Himnimiz səslənməsəydi, meydandan çıxacaqdıq - AFFA

İdman

19 Noyabr 2023, 22:45

AFFA Azərbaycan millisinin səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda Dövlət Himninin səhv səsləndirilməsinə münasibət bildirib.

 

Modern az xəbər verir ki, bu barədə "Report"a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib.

 

O, ilk olaraq İsveç himninin səsləndirildiyini xatırladıb: "Sonra söylədilər ki, matça başlayın. Bizimkilər dedi ki, o zaman oynamırıq. Federasiya rəsmiləri aşağı düşdülər ki, himn səslənməsə, meydandan çıxacağıq. Ondan sonra himnimizi səsləndirdilər. DJ səhvən ötən görüşdən qalma İsveçin himnini verib. Belçika yığmasının kapitanı Romelu Lukaku üzr istədi. Dedi ki, biz gözləyirik, problem yoxdur. Himn səslənsin".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi