Modern.az

“Qarabağ”ın qapıçısının zədəsi SAĞALDI

“Qarabağ”ın qapıçısının zədəsi SAĞALDI

İdman

20 Noyabr 2023, 14:48

UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda Almaniyanın “Bayer” komandasına qarşı keçirilmiş oyunda (0:1) zədələnən “Qarabağ”ın qapıçısı Andrey Lunyov məşqlərə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə  Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, rusiyalı qolkiper hələlik yüngül məşqlərlə kifayətlənir: “Lunyovun “Molde” ilə səfər matçında iştirak edib-etməyəcəyi isə matçdan əvvəl bilinəcək”.

 

Qeyd edək ki, Andrey Lunyovun “Bayer”lə görüşün 85-ci dəqiqəsində Luka Quqeşaşvili ilə əvəzlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi