Modern.az

Püşkatmada birinci səbətin tərkibi dəqiqləşdi

Püşkatmada birinci səbətin tərkibi dəqiqləşdi

İdman

20 Noyabr 2023, 19:15

“Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasiminə birinci səbətdən qatılacaq komandalar dəqiqləşib.

 

Modern.az xəbər verir ki, əsas qrupun tərkibi seçmə mərhələnin ötən gün keçirilən matçlarından sonra rəsmiləşib.

 

Birinci səbətdə ev sahibi Almaniya ilə yanaşı, Portuqaliya, Fransa, Belçika, İngiltərə və İspaniya yığmaları yer alıblar.

 

Türkiyə millisinin hansı səbətə düşəcəyi isə Uelslə oyunun nəticəsindən asılı olacaq. “Ay-ulduzlular” qrup liderliyini qoruyub saxlaya bilsələr, püşkatmaya ikinci, əks halda üçüncü səbətdən qoşulacaqlar.

 

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi dekabrın 2-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu