Modern.az

Qadın şahmatçılarımızdan Avropada tarixi uğur

Qadın şahmatçılarımızdan Avropada tarixi uğur

İdman

21 Noyabr 2023, 00:58

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan yığması son turda Serbiyanı məğlub edib.

 

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva öz görüşlərini qələbə ilə başa vurublar. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə isə məğlub olub. Yekunda 3-1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.

 

Azərbaycan millisi 7 turda qələbə qazanıb, bir dəfə heç-heçə edib, yeganə məğlubiyyətini isə Avropa çempionu olan Bolqarıstan yığmasından alıb.

 

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi isə yarışı medalsız başa vurub. Yığma son turda İtaliya ilə heç-heçə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır