Modern.az

Millimizin baş məşqçisi AFFA-nın iclasını TƏRK ETDİ

Millimizin baş məşqçisi AFFA-nın iclasını TƏRK ETDİ

İdman

22 Noyabr 2023, 10:54

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilir.

 

Modern.az xəbər verir ki, yığıncaq assosiasiyanın inzibatı binasında təşkil olunub.

 

Tədbir saat 10:00-da başlayıb. İclasın gündəliyinə duran yeganə məsələ Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə bağlıdır.

 

İtaliyalı mütəxəssis İcraiyyə Komitəsinə hesabat verib. Müqaviləsi başa çatacaq de Byazinin anlaşmasının müddətinin artırılıb-artırılmama məsələsi müzakirə olunacaq. Onun taleyi ilə bağlı yekun qərar veriləcək.

 

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclasdan erkən ayrılıb. 67 yaşlı mütəxəssis cəmi 10 dəqiqə toplantıda iştirak edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi