Modern.az

Azərbaycan millisinə kimlər rəhbərlik edib... - SİYAHI

Azərbaycan millisinə kimlər rəhbərlik edib... - SİYAHI

İdman

22 Noyabr 2023, 12:06

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yeni müqavilə imzalanmayacaq. Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.

 

2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edən italiyalı mütəxəssisin son davranışları müzakirələrə səbəb olmuşdu. Jurnalistləri "axmaq" adlandıran De Byazinin sözlərinə görə AFFA-nın baş katibi Sərxan Hacıyev üzr istəyib.

 

Ancaq onun millidən uzaqlaşdırılmasının əsas səbəbi bu deyil. Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya ağır hesabla məğlub olub - 5:0.

 

Beləliklə, Azərbaycan millisi De Byazi ilə yollarını ayırır. Bəzi ekspertlər millinin sükanı arxasına xarici mütəxəssislərin gətirilməsi praktikasına son verilməsinin tərəfdarıdır. 

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan millisinə indiyədək rəhbərlik edən şəxsləri araşdırıb.

 

3 ildir Azərbaycan millisinə rəhbərlik edən De Byazi bu vəzifədə olan ilk xarici mütəxəssis deyil. Bundan əvvəl Berti Foqs millimizin 71 oyununda ona rəhbərlik edib və 6 il komandanın baş məşqçisi olub. O, Azərbaycan millisinə ən uzun müddət rəhbərlik edən baş məşqçidir. Robert Prosineçki, Nikola Yurçeviç, Karlos Alberto Torres kimi mütəxəssislər də Azərbaycan millisində çalışıb.

 

Beləliklə, Azərbaycan millisinin müxtəlif illərdə aşağıdakı baş məşqçiləri olub:

 

Ələkbər Məmmədov - 1992–1993

Ağasəlim Mircavadov - 1994–1995 (1994-cü ildə müvəqqəti)

Kazbek Tuayev - 1995–1996 (1994-cü və 2002-ci illərdə ildə müvəqqəti)

Vaqif Sadıqov - 1997–1999 və 2002-ci illərdə (2005-ci ildə müvəqqəti)

Əhməd Ələsgərov - 1999–2000 

İqor Ponomaryov - 2000–2001

Əsgər Abdullayev - 2002–2004 (2000-ci ildə müvəqqəti)

Karlos Alberto Torres - 2004–2005 (braziliyalı)

Şahin Diniyev - 2005–2007

Goko Haciyevski -  2007–2008 (müvəqqəti) (Makedoniya)

Nazim Süleymanov - 2008 (müvəqqəti)    

Berti Foqts - 2008–2014 (almaniyalı)

Mahmud Qurbanov - 2014  (müvəqqəti)

Robert Prosineçki - 2014–2017 (xoravatiyalı)

Qurban Qurbanov - 2017–2018 

Nikola Yurçeviç - 2019–2020 (xoravatiyalı)

Cianni De Byazi - 2020–2023 (italiyalı)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi