Modern.az

 Elçin Məsiyev "Bavariya"nın oyununa təyinat aldı

 Elçin Məsiyev

İdman

22 Noyabr 2023, 14:38

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada "Bavariya" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.

 

Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.

 

Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi