Modern.az

AFFA onları cəzalandırdı

AFFA onları cəzalandırdı

İdman

23 Noyabr 2023, 17:20

AFFA U-15 Liqasında keçirilən "Lion" - "Ulduz" (Mingəçevir) görüşündə futbolçular arasında dava düşüb.

 

Modern.az xəbər verir ki, İntizam Komitəsi "Lion"un oyunçusu Hüseyn Hüseynovu 4 matçlıq cəzalandırıb.

 

Buna onun 60-cı dəqiqədə rəqibi vurması səbəb olub. Mingəçevir təmsilçisinin üzvü Elcan Həsənov da 60-cı dəqiqədə eyni hərəkəti etdiyi üçün 4 qarşılaşmalıq diskvalifikasiya edilib.

 

Bundan əlavə, Həsənovun komanda yoldaşı Eldar Osmanov həmin vaxt rəqibi vurmağa cəhd göstərdiyi üçün 2 oyunluq cəza alıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi