Modern.az

Tanınmış futbolçu qəzaya uğradı

Tanınmış futbolçu qəzaya uğradı

İdman

24 Noyabr 2023, 12:20

Türkiyənin "Adana Dəmirspor" klubunun italyan futbolçusu Mario Balotelli İtaliyada avtomobili ilə qəza törədib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İtaliyanın Breşya şəhərində baş verib.

 

Balotelli hadisə yerindən təcili yardıma aparılıb. O, qan alkoqol testindən imtina edib. Qəza nəticəsində futbolçu ciddi xəsarət almayıb. 

 

33 yaşlı futbolçunun "Adana Dəmirspor"la hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm türk klubunda 5 oyun keçirib, 3 qol vurub.

 

Forvard əvvəllər İtaliyanın "İnter", "Breşiya" və "Milan", İngiltərənin "Mançester Siti" və "Liverpul", Fransanın "Nitsa", "Monza" və "Marsel", həmçinin İsveçrənin "Sion" klublarında çıxış edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi