Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun muzeyi açılıb.
Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusunun adını daşıyan muzey Ər-Riyadda yaradılıb.
Ronaldonun həmyerliləri artıq məkanı ziyarət ediblər. Muzeydə 38 yaşlı hücumçunun karyerasının ən mühüm anları nümayiş olunub.
Qeyd edək ki, Kriştiano Ronaldo bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.