Modern.az

Karateçimiz Almatıda dünya çempionu oldu

Karateçimiz Almatıda dünya çempionu oldu

İdman

26 Noyabr 2023, 16:24

Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.

 

Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, o, mundialın qızıl medalını qazanıb.

 

Təmsilçimiz 14-15 yaş qrupunda, 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub.

 

Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi