Modern.az

\"Qarabağ\" - \"Hakken\" oyununun biletləri satışa çıxarıldı

\

28 Noyabr 2023, 13:04

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə İsveçin "Hakken" klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.

 

"Köhlən atlar"ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdır.

 

Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

 

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Hakken" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan çempionu dekabrın 30-da, V turda isə Norveçdə "Molde"nin qonağı olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR