Modern.az

Millimiz Mərakeşə UDUZDU

Millimiz Mərakeşə UDUZDU

28 Noyabr 2023, 22:58

Azərbaycanın futzal üzrə U-19 millisi AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, təmsilçimiz Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Bu gün Bakı İdman Sarayında keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

U-19 millimiz daha öncə Belarus yığmasına 1:3 hesabı ilə uduzmuşdu. Yarışa noyabrın 30-da keçiriləcək Belarus - Mərakeş matçı ilə yekun vurulacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı