Modern.az

"Qarabağ" Norveçə itki ilə yollandı

İdman

29 Noyabr 2023, 11:43

"Qarabağ" Norveçin "Molde" klubu ilə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu üçün səfərə yollanıb.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, Ağdam təmsilçisi bir qədər əvvəl çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

 

Yalnız qapıçı Amin Ramazanov zədə səbəbindən kollektivlə birgə səfər matçına yollanmır. Komanda Qurban Qurbanovun rəhbərliyi altında oyun günü son məşqini keçəcək.

 

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu