Modern.az

\"Sumqayıt\"dan darmadağın

\

29 Noyabr 2023, 20:54

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün son görüşündə II Liqa təmsilçisi “Lerik” “Sumqayıt”ı qəbul edib.

 

Matç “Gənclik şəhəri” təmsilçisinin 0:6 hesablı qələbəsi ilə başa çatıb. Komanda səkkizdəbir finalda “Karvan”la qarşılaşacaq.

 

Bu gün “Kəpəz”, “Qaradağ Lökbatan” və “Araz-Naxçıvan” da növbəti mərhələyə yüksəliblər.

 

Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” səkkizdəbir finala vəsiqəni təmin ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi