Modern.az

\"Qalatasaray”-“Mançester” oyununda 6 qolluq heç-heçə

\

29 Noyabr 2023, 23:59

Noyabrın 29-da Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda növbəti oyunlar keçirilib.

 

Modern.az xəbər verir ki, “Qalatasaray” İstanbulda “Mançester Yunayted”lə qarşılaşıb. Matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.

 

Oyunda qolları “Qalatasaray”dan Nakim Ziyeş (2) və Kərəm Aktürkoğlu vurublar. “Qırmızı şeytanlar”ın heyətində isə Qarnaço, Bruno Fernandes və Maktominey fərqləniblər.

 

Bu nəticədən sonra “Qalatasaray”ın hesabında 5, “Mançester Yunayted”in hesabında isə 4 xal var.

 

Günün digər oyunu isə “Sevilya” ilə “PSV Eyndhoven” arasında olub. Matç qonaqların qələbəsi ilə başa çatıb – 2:3.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR