Modern.az

"Molde" - "Qarabağ" oyununa satılmış biletlərin SAYI

İdman

30 Noyabr 2023, 11:46

UEFA Avropa Liqasının qrup mərhələsində Norveçdə "Molde" və "Qarabağ" komandaları arasında keçiriləcək V turun oyununa satılmış biletlərin sayı açıqlanıb.

 

“Molde” təmsilçisindən Modern.az-a verilən məlumata görə, vacib qarşılaşma üçün cəmi 5 min bilet satılıb. Oyun saatına kimi bu rəqəmin ən yaxşı halda 6 minə çatacağı ehtimal olunur.

 

"Aker" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı belçikalı Erik Lambrexts idarə edəcək.

 

Dörd turdan sonra "Qarabağ" 6 xalla qrup ikincisidir. Eyni xala malik "Molde" isə üçüncü pillədə qərarlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi