Modern.az

AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

İdman

2 Dekabr 2023, 09:32

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

 

Modern.az xəbər verir ki, tədbir Hamburqda gerçəkləşəcək.

 

Bakı vaxti ilə saat 21:00-da başlayacaq. Pükşatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

 

AVRO-2024 səbətlər

 

I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi

 

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi