Modern.az

Cüdoçumuz finala YÜKSƏLDİ

Cüdoçumuz finala YÜKSƏLDİ

2 Dekabr 2023, 09:42

Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

 

Modern.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı qızıl medal uğrunda görüşdə yerli idmançı Soişi Haşimoto ilə üz-üzə gələcək.

 

81 kq-dakı Zelim Tçkayev isə bürünc medal uğrunda qarşılaşmada Tacikistan təmsilçisi Somon Makhmadbekovun müqavimətini qırmağa çalışacaq.

 

Bu gün tamamiya çıxan Rəşid Məmmədəliyev (73 kq), Səid Mollayi (81 kq), Vüqar Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq) Acelya Toprak (57 kq medal şanslarını itiriblər.

 

Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü