Modern.az

Güləşçilərimiz Bakıdakı dünya çempionatını 21 medalla başa vurdular

Güləşçilərimiz Bakıdakı dünya çempionatını 21 medalla başa vurdular

İdman

2 Dekabr 2023, 15:07

Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurub.

 

Modern.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

 

Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıb.

 

Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi