Modern.az

“Bavariya” – “Union” matçı qara görə təxirə salındı

“Bavariya” – “Union” matçı qara görə təxirə salındı

İdman

2 Dekabr 2023, 15:14

Bu gün Münhendə keçirilməli olan Almaniya çempionatının 13-cü turunun “Bavariya” – “Union” matçı təxirə salınıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna ölkəyə güclü qarın yağması səbəb olub.

 

“Bavariya”nın 13-cü turunun “Union Berlin”lə görüşü Bavariyada əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. “Allianz Arena” güclü qar səbəbindən oyunu qəbul edə bilməyib. Qarşılaşmanın təxirə salınması ilə bağlı təfərrüatlar yaxın vaxtlarda açıqlanacaq”, - Bundesliqanın rəsmi saytındakı bəyanatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi