Modern.az

AVRO-2024: Final mərhələsinin püşkü atılıb

AVRO-2024: Final mərhələsinin püşkü atılıb

İdman

2 Dekabr 2023, 22:22

Futbol üzrə 2024-cü Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

 

Modern.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə AVRO-2024-dəki altı qrupun tərkibi müəyyənləşib.

 

Türkiyə millisi Portuqaliya, Çexiya və Millətlər Liqasının C yolunda pley-of oyunlarının qalibi olacaq yığma ilə birlikdə F qrupuna düşüb.

 

Püşkatmada 21 ölkənin millisi iştirak edib. Digər üç komanda isə UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq.

 

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

 

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

 

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

 

D qrupu: A yolunda pley-off qalibi, Niderland, Avstriya, Fransa

 

E qrupu: Belçika, Slovakiya, Rumıniya, B yolunda pley-off qalibi

 

F qrupu: Türkiyə, C yolunda pley-off qalibi, Portuqaliya, Çexiya

 

Qeyd edək ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyanın on şəhərində təşkil olunacaq. Açılış matçı A qrupunda ev sahibləri ilə Şotlandiya yığması arasında keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi