Modern.az

15 şahmatçımız dünya çempionatında iştirak edəcək

15 şahmatçımız dünya çempionatında iştirak edəcək

4 Dekabr 2023, 11:52

Azərbaycanın 15 şahmatçısı Özbəkistanın Səmərqənd şəhərində rapid və blits üzrə keçiriləcək dünya çempionatında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, turnirə dekabrın 25-də start veriləcək.

 

Mundialda ölkəmizi Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abbdula təmsil edəcəklər.

 

İlin son şahmat yarışına dekabrın 31-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə atışma oldu, erməni hərbçi belə öldürüldü