Modern.az

"Qarabağ" "Qəbələ"ni məğlub etdi 

İdman

4 Dekabr 2023, 21:56

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Hamidu Keyta, 65-ci dəqiqədə Nəriman Axundzadə və 90+2-ci dəqiqədə Olavio Juninyo vurublar.

 

Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. 11 xalı olan “Qəbələ” isə 9-cu pillədə qalıb.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”lə 1:1, “Turan Tovuz” “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib, “Sabah” “Kəpəz”ə 2:0, “Neftçi” isə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi