Modern.az

UEFA \"Olimpiya\" klubunun \"Qarabağ\"a qarşı şikayətini RƏDD ETDİ

UEFA \

5 Dekabr 2023, 09:57

UEFA Sloveniyanın "Olimpiya" klubunun "Qarabağ"a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.

 

Modern.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Lyublyanadakı qarşılaşmada "Olimpiya" meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" turnirin qrup mərhələsinə yüksəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu